Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Musa Qasımlı: “Müxalifət intellektual mübarizə yollarını mənimsəməyib”
06.10.11 02:27

“Təəssüf ki, indi Azərbaycan müxalifətinin ölkənin inkişafı ilə bağlı konkret proqramları yoxdur. Belə şəraitdə siyasi səhnədə qalmağın yeganə yolu ölkədə xaos yaratmaq cəhdidir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, professor Musa Qasımlı bildirib. O qeyd edib ki, müxalifətin uğursuzluğunun digər səbəbi bu günədək onların intellektual mübarizə yollarını mənimsəməməsidir. “Müasir dünyada hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Bunun üçün müxalifət ciddi və cəlbedici proqramlar üzərində işləməli, itirilmiş sosial dayaqlarını bərpa etməli və xalqı özünə inandırmağa nail olmalıdır” - deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə, cəmiyyət irəli getdikcə müəyyən nöqsanlar üzə çıxır və bu, təbiidir. “Belə bir şəraitdə qarışıqlığın yaradılması Azərbaycan dövlətçiliyi və milli maraqlarımız üçün təhlükədir. Çünki bu gün bir sıra beynəlxalq mərkəzlər Cənubi Qafqazda Ermənistanı güclü bir dövlətə çevirməyə çalışırlar. Ermənistanın güclü dövlət olması isə Azərbaycanın zəiflədilməsindən keçir. Bəs Azərbaycanı necə zəiflətmək olar? Onun yolu ölkədə xaos, hərc-mərclik, anarxiya yaratmaqdan keçir” - deyə deputat əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4747.html