Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın əməkdaşı Brüsseldə keçirilən beynəlxalq konfransa qatılacaq
05.10.11 20:27

Oktyabrın 6-8-i tarixlərində Brüsseldə “Qara Dəniz regionunun gələcəyinə baxış və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək. “Qara Dəniz Regionunun Gənc İslahatçıları” proqramı çərçivəsində keçirilən tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Qara Dəniz regionu və təhlükəsizlik məsələləri üzrə eksperti Zaur Şiriyevin iştirakı ilə bir qrup ekspert tərəfindən hazırlanan “Qara Dəniz Regionu 2020-ci ildə: Avropa İttifaqının yeri nədir? başlıqlı təqdimatın keçiriləcəyi nəzərdə tutulub. SAM-dan “KƏLAMİNFO”a verilən məlumata görə, Z.Şiriyevin təqdimatı regiondakı gələcək siyasi inkişaf ssenariləri ətrafında qurulub. Qara Dəniz Gənc İslahatçılar Proqramı bu regionda reformist fəaliyyətlə seçilən və ruhlandırıcı islahat yönümlü gənc qərar qəbul edənlər, dövlət qulluqçuları və vətəndaş cəmiyyətində fəalları seçərək, reformist fikirləri dəstəkləyən elmi-intellektual səydir. Hər il Qara Dəniz regionu ölkələrindən seçilən təmsilçilər, proqram çərçivəsində tədbirlərə qatılaraq, regiondakı problemləri və perspektivləri müzakirə edir. Tədbirdə Qara Dəniz regionunun təhlükəsizlik məsələləri, mövcud iqtisadi durum, mövcud problemlər və gələcək inkişaf perspektivləri kimi məsələlər əsas müzakirə mövzuları olacaq. Proqram çərçivəsində Avropa İttifaqının yüksək rütbəli rəsmiləri, beynəlxalq ekspertlərlə görüş nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4745.html