Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Azərbaycan müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
05.10.11 20:27

Noyabrın 24-25-də Bakıda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilən “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda Beynəlxalq elmi-təcrübi konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.Tədbirin təşkilatçısı qismində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi çıxış edir. Konfransın əsas məqsədi innovasiyaların informasiya təminatının metodologiya və praktikası sahəsində təcrübə mübadiləsi, elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları və onların innovasiya sahəsində rolu, innovasiya infrastrukturunun yaradılması və onun inkişafı məqsədi ilə innovasiya fəaliyyətinin əsas istiqamətləri, ölkənin sosial-iqtisadi inkişafının əsas amili kimi innovasiya biznesinin inkişafı və s. ibarətdir. Konfransın proqramına daxil ediləcək məruzələr 30 oktyabr 2011-ci il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dilində A4 formatlı kağızda çap olunmuş və müəlliflər tərəfindən imzalanmış şəkildə iki nüsxədə və surəti elektron daşıyıcıda olmaqla təşkilat komitəsinə təqdim edilməlidir.
URL / WWW
http://kelam.az/article/a-4744.html