Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi olub
04.10.11 19:46

Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimində Azərbaycanı YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru, prodüser Səbuhi Məmmədov, “Simsar” studiyasının direktoru Pərviz Məmmədrzayev və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edir. YUĞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, yaxın iki il ərzində Şərqi Avropada həyata keçirilməsi nəzərdə tutulan teatr və art layihələr, yeni idarəetmə mexanizmləri, çağdaş təşkilatlanma problemlərinin müzakirə olunacağı tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən – Bolqarıstan, Xorvatiya, Belarus, Gürcüstan, Çexiya Respublikası, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Herseqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edəcək. Tədbirdə YUĞ Teatrının, eləcə də bütünlükdə Azərbaycan teatrının Avropa teatr məkanına inteqrasiyasını nəzərdə tutan bir neçə layihə haqqında iştirakçılara məlumat veriləcək. Tərlan Rəsulov bildirib ki, dünya teatr məkanında ən nüfuzlu təşkilatlardan hesab edilən A.Mitskeviç adına İnstitutla əməkdaşlığın qurulması Azərbaycan teatrının dünya və Avropa teatr məkanına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli bir addımdır və Polşa ilə Azərbaycan teatrı arasında gələcəkdə də birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu tədbirlə paralel olaraq Krakov şəhərində “Teatr Reminisens”də İETM-in (Müasir Teatr Sənəti Beynəlxalq Şəbəkəsi) plenar iclası da keçiriləcək. Xatırladaq ki, Şərqi Avropa Teatr Platforması Şəbəkəsi öz işini oktyabrın 9-dək davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-4742.html