Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Niderlandın televiziya kanalı Azərbaycanı Avropaya tanıdacaq
05.10.11 02:46

Niderland Krallığının məşhur "MaxTV" televiziya kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də ölkəmizin müasirliyi, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaq və avropalıların Azərbaycana marağının artırılmasına səbəb olacaq veriliş hazırlamaq məqsədilə ölkəmizdə səfərdədir. Qeyd edək ki, çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Avroviziya" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetirəcəyi planlaşdırılır. Xatırladaq ki, İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətində olan "MaxTV" əməkdaşlarının səfəri oktyabr ayının 9-da başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-4741.html