Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Günəbaxan” verilişi insanların mənəviyyatına və heysiyyatına toxunur
15.12.09 22:17

Son günlər ölkənin efir məkanında yer almış bəzi telekanallarda şou verilişlərinin aparıcıları İslam dini barəsində özlərinin subyektiv fikirləri ilə çıxış edirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin Elm və təhsil şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə çıxış edib. M.Seyidzadə bildirib ki, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimov əcnəbi musiqi sədaları altında özünün qeyri-etik və mənəviyyata zidd hərəkətləri ilə İslam dini və onun Peyğəmbərindən (s) danışır. M.Seyidzadə bu kimi şou xarakterli verilişlərdə İslam şəriəti ilə bağlı təsadüfi insanların subyektiv fikirlər səsləndirmələrinin müqəddəs dinimiz haqqında yanlış informasiyaların formalaşmasına gətirib çıxardığını diqqətə çatdırıb. “Bu düzgün deyil və sözügedən veriliş tamaşaçıların heysiyyatına toxunur”,-deyə M.Seyidzadə əlavə edib. M.Seyidzadə bu kimi hallara yol verilməməsi və bunun qarşısının alınması məqsədilə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-474.html