Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın gənclər təşkilatı beynəlxalq konfransa qatılıb
05.10.11 02:46

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropa Komissiyasının Polşadakı nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən keçirilən “Avropanın Aktiv Vətəndaşları: Könüllülük” adlı beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumat “KƏLAMİNFO”ya AGAT-dan verilib. Könüllülük fəaliyyəti ilə bağlı Polşada “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində keçirilən konfransda fəal vətəndaşlıq məsələsi müzakirə olunub. Tədbirdə Polşa prezidenti Bronislav Komorovski deyib ki, burada Şərq tərəfdaşları ölkələrindən olan QHT-lərin iştirakı onlar üçün vacib məsələdir. O vurğulayıb ki, könüllülük vəzifə və öhdəlik deməkdir. Əmək və sosial işlər naziri Jolanta Fedak, Avropa Kommisiyasin yüksək səviyyəli rəsmisi Laszlo Andor QHT-lər və dövlət strukturları arasında platforma yaratmağın könüllülük işinə töhfə verəcəyini nəzərə çatdırıblar. G.Səfərova Azərbaycanda Milli İcmaların Koordinasiya Şurasından nümunə kimi yararlanmağı təklif edib. Konfransın sonunda deklarasiya qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-4735.html