Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Vətən tarixinin öyrənilməsində çatışmazlıqlar var”
04.10.11 19:46

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda birliyin prezidenti İntiqam Cəbrayılov təşkilatlarının konsepsiyası barədə məlumat verib. O qeyd edib ki, təşkilatın əsas məqsədi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin irsinin tədqiq edilməsi, Azərbaycan tarixinin dərindən öyrənilməsi, milli-mənəvi dəyərlərin gənclərə aşılanması və vətəndaşların hüquqlarının qorunmasından ibarətdir. Onun sözlərinə görə, bu gün Azərbaycanda Vətən tarixinin öyrənilməsində çatışmazlıqlar var. “Bizim də fəaliyyətimizin əsas hissələrindən biri odur ki, Azərbaycanda Vətən tarixinin tədqiqini genişləndirək. Bununla bağlı bizim təşkilat ölkənin tanınmış alimləri ilə əməkdaşlıq edir” - deyə İ.Cəbrayılov vurğulayıb. Təşkilat sədri onu da deyib ki, onlar eyni zamanda gənclərin Azərbaycançılıq ideyalarına sadiq qalması istiqamətində də işlər görürlər. “Bunun üçün biz mütəmadi olaraq müxtəlif sahələrdə çalışan gənclərlə görüşlər keçiririk. Çünki indi ölkəmizdə gəncləri saxta yollara çəkmək istəyənlər peyda olur. Nəticədə də azərbaycanlı gənclər Azərbaycançılıq ideyalarından yayınmış olurlar” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4734.html