Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Həmkarları İttifaqları Konfederasiyasına daxil olan vəsait 32 faiz artıb
04.10.11 19:46

Hər il həmkarlar təşkilatları üzvlərinə bu və ya digər şəkildə 20 milyon manatdan artıq vəsait yardım edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev verib. S.Mehbalıyev bildirib ki, yardımlar rəhbərlik etdiyi quruma daxil olan vəsaitdən edilir. Onun sözlərinə görə, AHİK-ə daxil olan vəsaitin 10 faizi bu qurumda qalır. Qalan 90 faiz isə iş təşkilatları və sahə həmkarlar ittifaqlarına çatır. S.Mehbalıyev deyib ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə AHİK-in maliyyə imkanları daha da artır. AHİK-i iqtisadiyyatın barometri kimi xarakterizə edən S.Mehbalıyev deyib ki, iqtisadiyyat inkişaf etməsə, AHİK-ə vəsait daxil ola bilməz. “Bir milyon altı yüz min üzvlərimizin adından gələn vəsaitdən hiss edirik ki, ötən illə müqayisədə 30-32 faiz artım var” deyən S.Mehbalıyev bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafından xəbər verir.
URL / WWW
http://kelam.az/article/a-4733.html