Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İş axtaranların işi asanlaşacaq
04.10.11 19:46

İl ərzində 120 nəfər iş axtaran şəxsə təlim dəstəyi göstərmək, iş axtaranları əmək bazarına inteqrasiya etməyi məqsəd tutan SYSLAB Bakı Mərkəzinin açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun inkişafı” layihəsi çərçivəsində yaradılıb. Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovun sözlərinə əsasən, layihədə 4-6 ay ərzində iştirak edəcək şəxslərin orta hesabla 80-%-i iş tapmağa müvəffəq olacaq. “Layihə periodu təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. mərhələlərdən ibarət olacaq. Qeyd edək ki, 1992-ci ildə təsis edilən SYSLAB – İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB İnternational As.-ın məhsuludur. Mən inanıram ki, bu kurslardan sonra şirkətlər özləri bizə müraciət edəcəklər ki, onlara yaxşı kadrlar təqdim edək. Çünki işini bilən mütəxəssislər heç vaxt yerdə qalmır” - deyə o, əlavə edib. SYSLAB Norveç şirkətinin nümayəndəsi Azərbaycanda bu layihənin uğurlu olacağına inandığını vurğulayıb. BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəsi xanım Nado mərkəzin yaradılması ilə məşğulluq strategiyasının ölkədə inkişaf edəcəyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4731.html