Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baş Məşğulluq İdarəsinə 32 min işsiz vətəndaş müraciət edib
04.10.11 19:46

“Son yeddi ay ərzində Azərbaycanın Dövlət Baş Məşğulluq İdarəsinə 32 min işsiz vətəndaş müraciət edib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında idarənin rəis müavini Şahbaz Xələfov bildirib. O qeyd edib ki, müraciət edənlərdən 14 500-dən çoxu işlə təmin olunub, 2 mindən çoxu isə peşə kurslarına yönəldilib. Ş.Xələfovun sözlərinə görə, son vaxtlar artan peşə yarmarkalarına axın da çoxalır. “Ötən illərə nisbətən bu il yarmarkalara daha çox vətəndaş müraciət edir. İldə dörd dəfə keçirilən peşə yarmarkaları respublikanın bütün regionlarında təşkil olunur. Bu da ölkə üzrə vətəndaşların müəyyən işlə təmin olunmasına yardım etmiş olur” - deyə rəis müavini əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4730.html