Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Məmurlar məscidlərdən azanın səsgücləndiricilə verilməməsini tələb edirlər
16.12.09 04:16

“Toyda, konfranslarda, şadlıq evlərində, Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, o zaman dindarlar məsciddə bundan niyə istifadə etməməlidirlər?” KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında çıxış edərkən deyib. A.Paşazadə bildirib ki, bəzən məsciddə 5 nəfər olur və çox güclü səs verirlər. “Buna da ehtiyac yoxdur. Yəni ehtiyac olan qədər səs vermək lazımdır. Heç kim buna etiraz edə bilməz”,-deyən Şeyxülislam bəzi müştəbeh məmurların heç bir göstəriş olmadan məscidlərdən azanın səsgücləndirici ilə verilməməsini tələb etdiklərini bildirib. A.Paşazadə həmçinin bəzi hallarda məscidlərdə azanın fərqli vaxtlarda verilməsinin də doğru olmadığını qeyd edib. Həm sünnilərdə, həm də şiələrdə azanla bağlı 4 dəqiqə ehtiyat olaraq orta yer var. Şeyx həm sünniləri, həm şiələri həmin vaxtdan istifadə etməyə çağırıb. A.Paşazadə bəzi axundların fəaliyyətsizliklərindən gileylənərək onların Dubaya və digər xarici ölkələrə gedərək öz şəxsi işləri ilə məşğul olduqlarını, bunun isə düzgün olmadığını deyib.
URL / WWW
http://kelam.az/article/a-473.html