Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir: “Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir”
04.10.11 23:46

“İndi Azərbaycan və Almaniya ölkələrarası əməkdaşlığı bütün sahələrdə inkişaf etdirirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda Almaniyanın Birlik gününə həsr edilmiş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. O qeyd edib ki, ölkələr arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədədir. “Bundestaq və Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyə tərəfdardır” - deyə nazir vurğulayıb. Z.Məmmədov? həmçinin ölkələr arasında iki milyard avroya bərabər olan əmtəə dövriyyəsini effektiv iqtisadi əməkdaşlığın göstəricisi kimi qeyd edib. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib ki, Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir. O bildirib ki, ölkələrin arasında dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də inkişaf edəcək.
URL / WWW
http://kelam.az/article/a-4728.html