Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in baş katibi: Etimadın qurulması həlli gecikən münaqişələr üçün əsas şərtdir
05.10.11 02:46

Barışın əsası üçün etimadın qurulması ATƏT regionu ölkələrində həlli gecikən münaqişələr üçün əsas şərtdir. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Kommersant» qəzetinə ATƏT-in baş katibi Lamberto Dzannyer bildirib: «Sentyabrın 22-də Moskvada Dnestryanı münaqişənin bərpa edilməsi üzrə «5+2» danışıqlarının başlaması bu prosesə güclü impuls verə bilər. Rusiyanın bu prosesə zəif olmayan diqqəti bu qərarın qəbulunda konstruktiv rol oynadı. Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək və eyni vaxtda yerlərdə vəziyyətin gərginləşməsinə yol verməmək daha bir prioritet istiqamətdir. Bununla bağlı Rusiyanın və Minsk qrupunun digər üzvlərinin mövqeyi üst-üstə düşür. Rusiyanın Minsk qrupunun fəaliyyətində aktiv iştirakı, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının baş tutmasına Rusiya prezidentinin şəxsən cəlb edilməsi həll qərarlarının tapılmasında mühüm elementlərdir». Qeyd edək ki, Moskvaya səfəri zamanı Dzannyer Rusiya XİN rəhbəri Sergey Lavrov və digər rəsmi şəxslərlə ilk danışıqlarını aparacaq.
URL / WWW
http://kelam.az/article/a-4727.html