Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 2040-cı ildə çap qəzetləri olmayacaq
04.10.11 19:46

Ənənəvi qəzet kağızları 2040-cı ildə yoxa çıxacaq və onları rəqəmli daşıyıcılar əvəz edəcək. Bu ehtimalı BMT himayəsi altında fəaliyyət göstərən Dünya İntellektual Mülkiyyət Təşkilatı bəyan edib. «KƏLAMİNFO»nun məlumatına görə, «Tribune de Geneve»yə müsahibəsində təşkilatın baş direktoru Frensis Harri bildirib ki, bir neçə il ərzində bizim artıq gördüyümüz çap qəzetləri olmayacaq: «Bu, təkamüldür və burada onun yaxşı və yaxud pis olduğunu deməyin yeri yoxdur. Tədqiqatlar aparılıb və onların 2040-cı ilə qədər məhv olunacağı gözlənilir. ABŞ-da isə bu, daha tez - 2017-ci ilə kimi baş verəcək. Onun qənaətincə, təkamül prosesi qarşısıalınmazdır. ABŞ-da artıq rəqəmli daşıyıcılar kağızdan daha yaxşı satılır, şəhərlərdə isə kitabxana tapmaq çox çətindir. Lakin hadisələrin inkişafı bir sıra problemlər də yarada bilər - bunlardan biri jurnalistlərin əməyinin ödənilməsidir». Onun sözlərinə görə, mükafatlandırma üzrə xüsusi təminat sistemi olmalıdır. «Əks təqdirdə jurnalistlər yaşaya bilməzlər» - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4726.html