Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nəqliyyatın intellektual idarə edilməsi üçün 2200 kv.km ərazinin xəritəsi hazırlanıb
04.10.11 19:46

Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyatın intellektual idarə edilməsi layihəsi üzrə şəhərin 2200 kv.km ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov yap.org saytına müsahibəsində deyib. Onun sözlərinə görə, bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanıb, aidiyyəti üzrə təhvil verilib. Q.Məmmədov bildirib ki, bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir və işin yerinə yetirilməsi Koreyanın SKCS şirkətinə həvalə edilib. İşin əsas hissəsi olan rəqəmsal xəritələr əsasında Bakı şəhərinin və Abşeron yarımadasının ərazilərində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.
URL / WWW
http://kelam.az/article/a-4725.html