Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müdafiə Sənayesi Nazirliyində müstəqilliyimizin 20 illiyi ilə bağlı tədbir keçirilib
04.10.11 19:46

Müdafiə Sənayesi Nazirliyində “Dövlət müstəqilliyinin bərpasından keçən 20 ildə müdafiə sənayesində əldə olunmuş nailiyyətlər və perspektivlər”ə həsr edilmiş yığıncaq keçirilib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaqda nazir Yavər Camalov ötən 20 ildə respublika üzrə əldə olunmuş uğurlardan danışıb. Bildirib ki, 2010-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulmuş müdafiə təyinatlı məmulatların yaradılması üzrə aparılmış işlər 2007-ci illə müqayisədə 5,3 dəfə artıb. Cari ilin 8 ayında ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb ki, bunun da tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 52,7 faiz təşkil edir.Nazirin sözlərinə görə, 2006-cı ildə bütün məhsullar üzrə çeşidlərin sayı 175 olduğu halda cari ilin 8 ayının yekunlarına görə 615-dir. İlin sonuna kimi bu rəqəmin 700-ə çatdırılacağı proqnozlaşdırılır. Hazırda nazirliyin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud olan istehsal bazasından istifadə etməklə, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,2 dəfədən çox artıb. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan müdafiə və mülki təyinatlı məmulatlar Beynəlxalq Müdafiə Sənayesi sərgilərində nümayiş etdirilir. Bu günədək Müdafiə Sənayesi Nazirliyi 10-dan çox beynəlxalq sərgidə təmsil olunub.
URL / WWW
http://kelam.az/article/a-4724.html