Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrı yeni layihə həyata keçirib
03.10.11 20:53

Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) təşəbbüsü ilə yeni layihə həyata keçirib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib. Həmçinin, tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə olunması AİSU və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir. “Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf edən tədbir tələbə adını almış hər kəs üçün ikiqat əlamətdardır” deyərək tədbiri açıq elan edən AİSU rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev qeyd edib ki, 20 il ərzində ölkəmiz demokratiyanın inkişafı sayəsində böyük nailiyyətlər əldə edib. Tələbə adını qazanmış hər kəsi təbrik edən rektor tələbələrin bu məsuliyyətli adı şərəflə daşıyaraq Azərbaycanın adını hər zaman uca tutacaqlarına əminliyini bildirib. Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova tədbirin keçirilməsində təşəbbüsün R.Nəbiyev tərəfindən gəldiyini vurğulayaraq, ilk dəfə olaraq tələbə biletlərinin teatr müəssisəsində təqdim olunmasının İctimai-Siyasi Universitetin müəllim heyətinin tələbələrə olan diqqət və qayğısı kimi qiymətləndirib. Qeyd edək ki, tədbirin sonunda universitetin müəllim və tələbə heyətinə dramaturq Əli Əmirlinin gənclərin mənəvi-estetik tərbiyə olunmasında böyük bədii əhəmiyyətə malik olan, iki gəncin saf, təmənnasız məhəbbətini əks etdirən “M.S.S.-Mən səni sevirəm” tamaşası nümayiş etdirilib.
URL / WWW
http://kelam.az/article/a-4721.html