Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Eduard Şevardnadze: “Putinin gürcülərə münasibəti pis deyil”
03.10.11 20:53

Gürcüstan istərsə, Rusiyanın hazırkı baş naziri Vladimir Putinlə dil tapa bilər. Bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirib. «Putini mən uşaqlıqdan tanıyıram. Onun gürcülərə qarşı münasibəti pis deyil». «KƏLAMİNFO» «Vzqlyad» qəzetinə istinadən xəbər verir ki, bu sözləri eks-prezident «Asaval-dasaval» nəşrinə müsahibəsində bildirib. «Digər bir problem - Gürcüstan öz yerini və qiymətini bilməlidir. Digərlərini də qiymətləndirmək gərəkdir. Rusiya bizim böyük qonşumuzdur. Bu ölkə bizim iqtisadiyyatda qəti mövqeyini qoymuş bir ölkədir. Rusiyanın əlində bizim strateji müəssisələrin böyük əksəriyyəti var. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu səbəbdən Putinin qayıdışının Gürcüstan üçün fəlakət olmasını demək əsassızdır» - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4718.html