Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İlk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə töhfə
03.10.11 20:53

Oktyabrın 6-7-si tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixində əlamətdar hadisə olan ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyi münasibətilə beynəlxalq elmi simpozium keçirəcək. Milli Azərbaycan Tarixi Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan, Gürcüstan, Misir, Rusiya, Türkiyə, Ukraynadan olan alimlərin iştirak edəcəyi simpoziumda “İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət”, “Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi” elmi istiqamətləri üzrə 50-dək məruzənin dinlənilməsi nəzərdə tutulub. Mərasimdə hökumət nümayəndələri, alimlər, təhsil işçiləri iştirak edəcəklər. Xarici qonaqlar üçün nəzərdə tutulan mədəni proqramda isə H.Z.Tağıyevin qız məktəbinin binası, onun Xatirə Muzeyi, qəbirüstü abidəsinin ziyarəti, şəhər kənarına ekskursiyalar planlaşdırılıb. Xatırladaq ki, 1901-ci il oktyabrın 7-də Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradılıb. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z.Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalıblar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verib. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artıb, cəmi qəbul olunanların sayı isə 58-ə çatıb.
URL / WWW
http://kelam.az/article/a-4716.html