Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Son 10 ildə məktəblilər üçün 40 milyon nüsxədən çox dərslik çap edilib
03.10.11 20:53

“Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri edib. 2003-2011-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib. Məqalədə qeyd edilib ki, təhsil tarixində ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I-IV siniflər üçün dərslik komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanıb, Dərsliklər Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib və müsbət rəy alındıqdan sonra çap edilib. 2011-2012-ci tədris ili üçün 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunub. O da əlavə edilib ki, Azərbaycan təhsilində ilk dəfə olaraq milli (ölkə səviyyəsində təhsil alanların nailiyyətlərinin səviyyəsinin qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil səviyyəsinin digər ölkələrlə müqayisəli təhlilini aparmağa yönəlmiş qiymətləndirmə) tədbirləri həyata keçirilib və bu proses davam etdirilməkdədir.
URL / WWW
http://kelam.az/article/a-4715.html