Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dünya Gənclər Bankı 5 beynəlxalq səviyyəli konfrans keçirəcək
03.10.11 20:53

“Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə bu gündən etibarən oktyabrın 7-nə kimi Küzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəyə işgüzar səfərləri başlayır. Bankın ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Bankın Təhsil Departamentinin iş əlaqələri və MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələrin aparılması, habelə KKTC-nin digər universitetləri ilə görüşlər planlaşdırılır. Oktyabrın 6-da isə Bankın xətti ilə bu il İstanbulda keçirilməsi gözlənilən beynəlxalq konfransın detallarının müzakirəsi ilə bağlı müəyyən görüşlər və BMT-nin Türkiyə nümayəndəliyinin rəhbərliyi ilə danışıqlar aparılacaq. Qeyd edək ki, 2012-ci il üçün Bankın regional ofisinin xətti ilə 5 beynəlxalq səviyyəli konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Bunların 3 Azərbaycanda, biri İstanbulda, biri isə Minskdə reallaşacaq.
URL / WWW
http://kelam.az/article/a-4714.html