Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan məktəbliləri 109 medal qazanıb
04.10.11 02:53

Son illər dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medala layiq görülüb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib. Məqalədə qeyd edilib ki, əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub. Məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri də müxtəlif səviyyəli yarışlarda əhəmiyyətli nailiyyətlər əldə ediblər. Məktəblilərimiz son illər respublika və beynəlxalq yarışlarda 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal qazanıblar.
URL / WWW
http://kelam.az/article/a-4713.html