Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” ailə institutunu gücləndirəcək
03.10.11 20:53

“Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ailə institutunun güclənməsinə dair təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər. Layihənin məqsədi əsas prioritet istiqamət cəmiyyətin nüvə strukturu hesab edilən ailənin, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və bununla güclü dövlətin qurulmasına, ümumiyyətlə ölkənin tərəqqisinə təkan və töhfə verməkdən ibarətdir: “Layihədən bütövlükdə Azərbaycan cəmiyyətinin və xüsusən də problemli ailələrin faydalanacağına inanırıq. Layihənin icrası ilə gənc ailələrin münasibətlərindəki qeyri-müəyyənliyin, inamsızlığın aradan qaldırılmasına çalışılacaq. Eyni zamanda icraçı QHT dövlətin bu sahədə gördüyü işdə ona dəstək verəcək. Heç şübhəsiz ki, bu da dövlətin yükünün azalmasına xidmət edəcək. Layihənin icrası zamanı əldə olunan materiallar ölkədə sözügedən problemlə bağlı vəziyyət haqqında ümumi təəssürat yaradacaq. Layihə müddətində seçilmiş ailələr diqqətdə saxlanacaq, poblemlərin ictimaiyyətə obyektiv təqdimatına çalışılacaq”.
URL / WWW
http://kelam.az/article/a-4712.html