Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” layihəsinin icrasına başlanılıb
03.10.11 20:53

“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər. Layihənin məqsədi gənclərin, xüsusən də əhalinin sosial təbəqələri arasında İKT-nin tətbiqini genişləndirmək təşəbbüslərini dəstəkləmək, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinə yardım göstərməkdir. Həmçinin insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Məlumatda bildirilir ki, layihədən qismən də olsa Azərbaycan gəncliyi faydalanacaq: “Layihənin icrası ilə gənc nəsildə İKT-yə maraq artacaq. Layihədən məktəblilər və tələbələr faydalana biləcəklər. Layihənin icrası zamanı əldə olunan materiallar ölkədə sözügedən problemlə bağlı vəziyyət haqqında ümumi təəssürat yaradacaq”. Qeyd edək ki, layihə çərçivəsində gənclər arasında İKT-yə marağın artırılması məqsədi ilə maarifləndirmənin genişləndirilməsi, gənclərə bloqlar, digər sosial şəbəkələr vasitəsilə yalnız dövlətə və cəmiyyətə xeyir verə biləcək informasiyaların yayılması zərurəti təbliğ olunacaq.
URL / WWW
http://kelam.az/article/a-4710.html