Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: Azərbaycanda tam formalaşmış demokratik seçki sistemi yaranıb
04.10.11 02:53

Bu gün postsovet ölkələri arasında Azərbaycan tam oturuşmuş, formalaşmış demokratik seçki sisteminə görə lider ölkələrdəndir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra əsas məqsədlərimizdən biri demokratik seçki ənənələrinin formalaşdırılması idi. “1993-cü ildən bu yana Azərbaycanın demokratik seçki ənənəsi formalaşmağa başladı. Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib” - deyə Z.Əsgərov vurğulayıb. O qeyd edib ki, ötən illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəyib. “Eyni zamanda, Azərbaycan postsovet məkanında seçki sahəsində qabaqcıl təcrübəni öyrənməyə, maraqlı və ağlabatan tövsiyələri qəbul etməyə hazırdır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4709.html