Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib
03.10.11 20:53

Oktyabrın 2-si Vaşinqtonda Ağ Evin qarşısında keçirilən 9-cu Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib. Bu barədə “KƏLAMİNFO”ya fonddan məlumat verilib. Festivalda 20 000-dən artıq ziyarətçi iştirak edib. ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankaranın bu il qardaşlaşmış şəhərlər olması tədbir zamanı qeyd olunub. Azərbaycanı təmsil edən Qarabağ Fondunun sərgi masası və mədəniyyət proqramı müxtəlif yaş qrupları və böyük sayda ziyarətçilərin marağına səbəb olub. Qarabağ Fondunun stendinə yaxınlaşan sərgi iştirakçılarına Azərbaycan haqqında məlumat bukletləri və tanıtım materialları paylanıb. Qeyd edək ki, 2003-cü ildən bəri keçirilən Türk Festivalı (www.turkishfestival.org) ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir. Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir.
URL / WWW
http://kelam.az/article/a-4708.html