Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması yaxın günlərdə baş tutacaq
03.10.11 20:53

Ötən ayın sonunda imzalanması nəzərdə tutulan Azərbaycanla Türkiyə arasındakı qaz sazişi ilə əlaqədar sənədlərin hazırlanması başa çatmadığından imzalanma bu günlərdə baş tutacaq. Hazırda bununla bağlı işlər gedir. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. O qeyd edib ki, danışıqlar prosesində heç bir maneə yoxdur və öz qaydasında gedir. “Rusiyadan olan qaz təminatını Türkiyə bu gün nativ yollarla təmin edir. Konkret hansı yolların olduğunu isə açıqlaya bilmərik” - deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə Yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının toplantısının tarixinin müəyyən olunması üzrə iş gedir.
URL / WWW
http://kelam.az/article/a-4707.html