Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə beynəlxalq müşahidəçilər üçün seminar başlayıb
03.10.11 20:53

Bu gün Milli Məclisdə “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda beynəlxalq müşahidəçilər üçün seminar başlayıb. Seminarda MDB ölkələrinin seçki məsələləri üzrə ekspertləri və deputatlar iştirak edirlər. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə parlamentin vitse-spikeri Ziyafət Əsgərov qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayaraq, seminarın işinə uğurlar arzulayıb. O, seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu bildirib. Tədbirdə MDB PA Şurasının sədri Mixail Krotov bildirib ki, Azərbaycandakı seçki praktikası MDB-nin digər ölkələri üçün nümunə ola bilər və biz bu praktikadan istifadə etməliyik. “Son illərdə Azərbaycanda keçirilən seçkilərdə tətbiq edilən yeniliklər bunun bariz nümunəsidir. Biz bu yeniliklərdən özümüz üçün istifadə etməliyik” - deyə o vurğulayıb. M.Krotov, həmçinin seçkilərdə beynəlxalq müşahidəçilərin sayının artırılmasının əhəmiyyətindən danışıb. Daha sonra “Azərbaycan Respublikasında demokratik seçki təcrübəsi: parlament ölçüsü” kitabının təqdimat mərasimi keçirilib. M.Krotov Azərbaycan və rus dillərində çap olunmuş kitabla bağlı məlumat verərək onun əhəmiyyətindən danışıb.
URL / WWW
http://kelam.az/article/a-4706.html