Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda Avropa Kino Festivalı keçiriləcək
01.10.11 02:58

Oktyabr ayının 6-dan 10-dək Bakıda Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqına üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri, "Park Cinema" və "Azercell Telekom"un birgə təşkilatçılığı ilə Avropa Kino Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın təşkilində məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və inkişaf etdirmək, Avropa kino sənayesi vasitəsilə Avropa dəyərləri haqqında anlayışı daha da artırmaqdır. 
Qeyd edək ki, ölkəmizdə hər il keçirilməklə mühüm tədbirə çevrilən festival zamanı müasir Avropa filmlərinin nümayişi ilə yanaşı, Avropanın dünya şöhrətli film rejissorları və aktyorları da tədbirdə iştirak edəcəklər. Festivalın qonaqları fransız kinorejissoru Olivier Horley, avstriyalı kinorejissor Maykl Qlavoqqer, polşalı kinorejissor Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kinorejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir.
URL / WWW
http://kelam.az/article/a-4704.html