Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Çingiz Mustafayev incə məxluqlara olan hisslərini ekrana gətirəcək
30.09.11 19:58

“Planlarımda yeni mahnı, klip, konsert, albom, hamısı var. Amma bunların bəzilərini həyata keçirmək üçün maddiyyat lazımdır, sponsor lazımdır və hazırda onlarla danışıq gedir”. Bu sözləri “KƏLAMİNFO”ya açıqlamasında gənc müğənni və gitara ifaçısı Çingiz Mustafayev deyib. İfaçı həm də bu yaxınlarda radio dalğalarında səslənməyə başlayan yeni “Qadın” adlı mahnısına da klip çəkdirəcək. Müğənninin sözlərinə görə, kompozisiya incə məxluqlara olan hisslərdən bəhs edir: “Qadın” mahnısının söz və musiqisi yenə də özümə aiddir. Çox lirik, həzin bir mahnıdır. Bu mahnını bir dəfə gördüyüm qadına həsr etmişəm. Gözəl bir qadından bəhs edir. Bu mahnıda qadının gözəlliyi, qadına olan hisslərdən danışılır. İnsanın həyatında elə anlar olur ki, bir anlıq, məsələn, küçədə gedəndə gözəl bir qadın görürsən və ona vurulursan. Əslində, bilirsən ki, 2-ci dəfə o qadını görməyəcəksən. Amma insan vurulur və o hisslərdən istifadə edib bu mahnını yazdım. Bu mahnının tarixçəsi də belədir. Düşünürəm ki, həm qadınlar, həm də kişilər tərəfindən çox bəyəniləcək. İnşallah planda var ki, klip çəkilsin. Fərhad adlı gənc rejissor lentə alacaq. Yeni başlamasına baxmayaraq, gənc və istedadlı rejissordur. Ancaq bunun çəkilişləri də yenə maddiyyata dayanır”.
“Qadın” mahnısına çəkilən klipin iki həftəyə hazır olacağını bildirən Çingiz Mustafayev pərəstişkarlarına solo konsert proqramı da təqdim etmək niyyətindədir.  Müğənni gitarasevərləri noyabr ayında Caz Mərkəzinə toplayacaq. “Sponsorlarla danışıqlar gedir, əgər imtina etməsələr konsert olmalıdır. Konsert canlı alətlərlə olacaq və təbii ki, gitaraya çox böyük yer veriləcək. Gitarada mənimlə bərabər, musiqiçi dostlarım da olacaq. Düşünürəm ki, çox maraqlı keçəcək. Konserti Caz Mərkəzində etməyimin səbəbi odur ki, oranın publikası, atmosferi mənə daha yaxındır, nəinki başqa böyük zalların. Düşünürəm ki, mən belə yerdə ifa etsəm daha yaxşı olar. Hardasa caz stilində də mahnılar səsləndirəcəm. Mən ifa etdiyim kompozisiyalarda hardasa cazdan az da olsa istifadə edirəm”.
URL / WWW
http://kelam.az/article/a-4702.html