Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bolqarıstanda eşşək Marko mer olmaq istəyir
30.09.11 19:58

Bolqarıstanda eşşək Marko eşşək kimi işləməyi, rüşvət götürməməyi və eşşək inadkarlığı ilə qarşıya qoyulan məqsədlərə çatmağı vəd edir. «KƏLAMİNFO»nun məlumatına görə, «Daily Mail» yazır ki, o, Varna şəhəri meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək. Özü də o, namizədliyini «Yeni Bolqarıstan uğrunda cəmiyyət» partiyasından vermək istəyir. Bunu qəzetin jurnalisti Emili Allen yazır. Seçim Markonun üzərinə düşüb. Belə ki, yerli sakinlər hazırkı mer Kirill Yordanovun fəaliyyətindən narazıdırlar. Yordanov ikinci dəfə mer seçildikdən sonra Marko ilə debatlara getməkdən imtina edib. O bildirib ki, bu, layiqli olmazdı. «Düzdür, özünüz baxın, Markoya belə bir vicdansız siyasətçi ilə bir yerdə durmaq yaraşarmı» - deyə Markonun seçki qərargahının rəhbəri Anqel Dyankov bildirib.
URL / WWW
http://kelam.az/article/a-4701.html