Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Medvedyev 2012-ci il seçkilərində iştirak etməməsinin səbəblərini açıqladı
01.10.11 02:58

Rusiya prezidenti Dmitri Medvedyev 2012-ci il prezident seçkilərində iştirak etməməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Vladimir Putinin ən ali dövlət postuna namizədliyini bu şəxsin hazırda ölkədə ən nüfuzlu bir siyasətçi olması səbəbindən irəli sürüb: «Onun reytinqi çox yüksəkdir». «KƏLAMİNFO»nun məlumatına görə, Rusiya prezidenti bu sözləri ölkənin üç federal telekanalına müsahibəsində bildirib. Keçirilən rəy sorğularına görə, prezidentin fəaliyyətini 59, baş naziri isə 61 faiz dəstəkləyir. Medvedyevin sözlərinə görə, o, Putinlə «caynaqlaşmaq» istəməyib, çünki hər ikisi eyni siyasi qüvvəni təmsil edirlər.
URL / WWW
http://kelam.az/article/a-4700.html