Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-nin Qazilər Şurasının Fətvası: “Dekabrın 18-i Məhərrəm ayının 1-i, dekabrın 27-i isə Aşura günüdür”
15.12.09 20:44

Yeni 1431-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimilə 2009-cu ilin dekabrın 18-nə təsadüf edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bu gün keçirilən iclasında Fətva verilib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura – Məhərrəm ayının 10-cu günü İmam Hüseynin (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetişdiyi ay kimi daxil olub. Şeyx qeyd edib ki, İmam Hüseynin (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. “İslam dini inkişafdadır və daim inkişaf edəcək. Azərbaycanda İslam dininin inkişafı bizim hər birimizdən asılıdır. Bu istiqamətdə isə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür”,-deyə A.Paşazadə bildirib. O, həmçinin bəzi imanı zəif məmurları da öz şəxsi maraqları çərçivəsində çıxış edərək İslam dininə qarşı çıxdıqlarını deyib. Tədbirdə çıxış edən İslam Universitetinin rektoru Hacı Sabir Həsənli respublikanın bütün bölgələrindən gəlmiş qazi və axundların qarşısında fətvanı oxuyaraq bildirib ki, aşura günü dekabr ayının 27-nə təsadüf edir. “Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”,-deyə S.Həsənli əlavə edib. Fətvada həmçinin deyilir ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-470.html