Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Vaşinqton Dəməşqdəki səfirinin daş və pomidor hücumuna məruz qalmasını sərt şəkildə qınayıb
30.09.11 19:58

Vaşinqton ABŞ-ın Dəməşqdəki səfirinə daş və pomidor hücumunu sərt şəkildə qınayıb. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Cey Qarni ABŞ-ın Suriyadakı səfiri Robert Forda edilən hücumun haqsız və əsassız olduğunu söyləyib. ABŞ dövlət katibi Hillari Klinton da bu haqsız hücumu ən ağır şəkildə qınadığını bildirərək diplomatlara qarşı bu davranışın qəbuledilməz olduğunu deyib. Bu məsələni Suriya hökuməti ilə müzakirə etdiklərini bildirən Klinton diplomatların qorunması üçün hər cür tədbir görülməsini istədiklərini söyləyib.
Xatırladaq ki, ABŞ səfiri Robert Ford müxalif siyasətçi Həsən Əbdüləzimlə görüşərkən Əsəd tərəfdarları tərəfindən daş və pomidor hücumuna məruz qalmış, hücumda iki səfirlik avtomobili zərər görmüşdü.
URL / WWW
http://kelam.az/article/a-4699.html