Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İctimai yerlərdə siqaret çəkənlər 50-100 manat cərimə edilsin
01.10.11 02:54

“Milli Məclisdə ölkədə ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi müzakirəyə çıxarılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları parlamentin payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, tütündən istifadə etmək tək siqaret çəkənin deyil, onun ətrafında olanlarının da səhhətinə ziyan verir. “Avropa ölkələrində bununla bağlı qanun var və bütün ölkələrdə bu qanunun effektiv olduğunu qeyd edirlər. “Bakıda qarşıdan gələn “Eurovision” mahnı müsabiqəsi vaxtı minlərlə avropalı və digər yerlərdən gələn qonaqların hər yerdə siqaretin çəkilməsinin şahidi olması xoş deyil” - deyə o vurğulayıb. O, həmçinin ölkədə uşaqların siqaret almasına şərait olduğunu qeyd edərək bildirib ki, valideynlər bu məsələyə nəzarət edə bilmirlər. Q.Paşayeva tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin məhz Milli Məclisin payız sessiyasında qəbul olunması təklifini irəli sürüb. Millət vəkili Eldar İbrahimov iclasda bildirib ki, Azərbaycanda 2000-ci illərin əvvəlində tütünün istifadəsi ilə bağlı müvafiq qanun qəbul edilib və həmin qanunda müvafiq müddəa var. “Bu səbəbdən təklif edərdim ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilsin və ictimai yerlərdə siqaret çəkənlərə 50-100 manat cərimə yazılsın” – deyə E.İbrahimov qeyd edib. Onun sözlərinə görə, bu praktika bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də var.
URL / WWW
http://kelam.az/article/a-4696.html