Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Əhməd Vəliyev: “Təhsil krediti tələbələrin rahat təhsil almasına şərait yaradacaq”
30.09.11 19:54

“Bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, ödənişli əsaslarla təhsil alanlar çoxdur və tələbələrin də əksəriyyəti bunu ödəməkdə çətinlik çəkir. Ona görə də bütün dünyada olduğu kimi Azərbaycanda da “Təhsil krediti” haqqında qanun layihəsinin qəbulu vacibdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib. Onun sözlərinə görə, qanunun qəbulu ilə universitetlərin işləri bir qədər yüngülləşə bilər. “Çünki təhsil haqqını ödəyə bilməyib gecikdirən insanlar bu kredit vasitəsilə borclarını ödəyə biləcəklər. Eyni zamanda bu həm də təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin rahat təhsil almasına şərait yaradacaq” - deyə rektor vurğulayıb. Millət vəkili qeyd edib ki, burada təhsil kreditinin uzun müddətə verilib bərpa olunması nəzərdə tutulub. “Qanun layihəsinin müzakirəsi zamanı biz çalışacağıq ki, bu kreditin mümkün qədər çox uzun müddətə qaytarılması nəzərdə tutulsun” - deyə o, əlavə edib. Qeyd edək ki, Milli Məclisin payız sessiyasında “Təhsil krediti” haqqında qanun layihəsinin qəbulu müzakirəyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-4695.html