Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məktəbli formaları məsələsi parlamentdə qaldırıldı
01.10.11 03:54

Bu gün Milli Məclisdə orta məktəblərə uşaqların qəbul olunmasında və məktəbli geyimlərinin alınmasında yaranan problemlərlə bağlı məsələ qaldırılıb. Deputat Siyavuş Novruzov məktəbli formalarının alınmasında yaranan növbələr və problemlərdən danışıb. O, təklif edib ki, məktəbli geyiminin vahid nümunəsi cəmiyyətə təqdim olunsun və kim harada istəyir tikdirsin. “Milli Məclisdə qəbul olunan “Təhsil haqqında” qanunda qeyd olunur ki, məktəbə gedən uşaqlar uşaq bağçasından keçməlidir. Təhsil Nazirliyinin hesabatında isə qeyd olunur ki, yalnız 20 faiz uşaqlar uşaq bağçalarına cəlb oluna bilir. Müəyyən məktəblər isə bundan istifadə edir və 1-ci sinfə qəbul edilməsində əngəl törədirlər” - deyə S.Novruzov vurğulayıb. “Azərbaycanda məktəbli formalarını tək bir fabrik tikməli deyil”. Bunu isə S.Novruzovun çıxışına münasibət bildirən spiker Oqtay Əsədov deyib. Spiker qeyd edib ki, vahid məktəbli formasının əsas məqsədi şagirdlərin geyimində bərabərliyi təmin etməkdir. “Valideynlər özləri tikdirsə, formalar keyfiyyətcə bir-birindən fərqlənəcək və məktəblərdə bəhsə-bəhs yaranacaq” - deyə O.Əsədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4694.html