Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkilləri İran parlamentinə müraciət etdilər
30.09.11 19:54

Azərbaycan millət vəkilləri Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında İranda Urmiya gölünün qurudulması ilə bağlı İran parlamentinə müraciət etdilər. “KƏLAMİNFO” xəbər verir ki, iclasda millət vəkili Qənirə Paşayeva bildirib ki, Cənubi Azərbaycanda milyonlarla şəxsin taleyi ciddi şəkildə sual altına düşür. O qeyd edib ki, Urmiya gölünün qurudulması tək o əraziyə deyil, bütün ətraf regionları təsir edir. “İran parlamentinə müraciət etmək istəyirəm ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasınlar” - deyə Q.Paşayeva deyib. Onun sözlərinə görə, İranda etiraz edən azərbaycanlılar repressiyalara məruz qalırlar. “Təklif edərdim ki, İranda Azərbaycana qarşı təbliğat aparan “Səhər” kanalına ayrılan vəsait orada yaşayan azərbaycanlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlsin” - deyə o, əlavə edib. Millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, Urmiya gölünün artıq 7 metrə qədər quruması qeydə alınıb. Onun sözlərinə görə, 2-3 ildən sonra Azərbaycan tozda boğulacaq, bu, Naxçıvana birbaşa təsir edəcək. “10 milyon insan ekoloji təhlükə ilə üzləşəcək” - deyə o, vurğulayıb. Millət vəkili təklif edib ki, Azərbaycan parlamenti İran parlamentinə bu fəaliyyətin qarşısının alınmasında iş görməyi ilə bağlı müraciət etsin. O qeyd edib ki, ehtiyac olsa, Azərbaycan da İrana öz kömək əlini uzada bilər. Deputat Səyavuş Novruzov isə İranda yaşayan 30 milyon Azərbaycanlını bu məsələdə aktivliyə çağırıb. “Onlar ən azından Dağlıq Qarabağa İran Azərbaycanından keçən maşınların qarşısını ala bilərlər” - deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4692.html