Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi
16.12.09 03:44

Bu gün Azərbaycan Regional İnkişaf Mərkəzi tərəfindən “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov bildirdi ki, bələdiyyələr respublikamızda ərazi idarəetmə sahəsində yeni institut olmasına baxmayaraq, qəbul olunmuş qanunlar onlara yerli səviyyədə müxtəlif sosial məsələlərin həlli üçün kifayət qədər səlahiyyətlər verib. O, Regional İnkişaf Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir çox rayonlarda sosioloji sorğu aparıldığını vurğuladı. Ç.İsmayılov sorğuda iştirak edən respondentlərin əksəriyyətinin bələdiyyələrin işindən narazı olduqlarını qeyd etdi. Ç.İsmayılov sorğu zamanı bələdiyyələrin 62%-nin binasının və internet resurslarının olmaması problemi ilə də üzləşdiklərini bildirdi.
URL / WWW
http://kelam.az/article/a-469.html