Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Uşaq kitab karvanı – ipək yolu ilə” Goranboya çatır
30.09.11 02:38

“Uşaq kitab karvanı – ipək yolu ilə” tədbirlər çərçivəsində ölkə turu davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müstəqilliyimizin 20 illiyinə həsr olunan “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbirin iştirakçıları bu gün günün ikinci yarısında Goranboy rayonuna çatacaqlar. Məlumatda bildirilir ki, Goranboyda bu karvanı nağıl qəhrəmanları, uşaqlar, yeniyetmələr, valideynlər gözləyəcək, goranboylu uşaqlar şeir, şən mahnılar və maraqlı səhnəciklərlə qonaqları qarşılayacaqlar. Keçirilən şənlik zamanı Goranboy Uşaq Kitabxanasına 500-dən çox müasir uşaq ədəbiyyatı hədiyyə ediləcək. Qeyd edək ki, “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbiri Goranboy rayon Heydər Əliyev Parkında keçiriləcək. Tədbirdə goranboylu istedadların əl işləri, asfalt üzərində maraqlı rəsmlər müsabiqəsi də olacaq. Xatırladaq ki, Goranboy rayonundan sonra axşam saatlarında karvan Gəncə şəhərinə yola düşəcək.
URL / WWW
http://kelam.az/article/a-4686.html