Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb
29.09.11 19:38

Birləşmiş Ştatlarda son yeddi gün ərzində aparılan əməliyyatlar zamanı əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb. ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti təşkilatlarının açıqladıqları məlumatda deyilir ki, genişmiqyaslı əməliyyatlar 50 ştatda və ABŞ-a məxsus olan dörd bölgədə aparılıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, belə ölçülər Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Con Napolitanonun ciddi cinayətlərdə əli olan və miqrasiya qanunlarını pozanların ölkədən deportasiya ediləcəyini deməsindən sonra götürülüb. Ötən həftə keçirilən əməliyyatlar zamanı 1200 nəfərin bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildikləri, 1600 nəfərdən çoxunun isə qətl, insan oğurluğu, zorlama və narkotik maddə qaçaqmalçılığında əli olduqlarına görə nəzarət altına alındıqları deyilir.
URL / WWW
http://kelam.az/article/a-4682.html