Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doktoranturaya sənəd qəbulunun vaxtı artırılmayacaq
30.09.11 02:38

Doktoranturaya sənəd qəbulu artıq başa çatmaq üzrədir. Sənəd qəbulunun vaxtı artırılmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov deyib ki, sənəd qəbulu ilə bağı müşahidələr göstərir ki, humanitar və ictimai elmlərə maraq daha çoxdur: “İstərdim ki, dəqiq elmlər üzrə sənəd daha çox təqdim olunsun. Çünki bu sahədə daha çox ehtiyacımız var”. M.Kərimov doktoranturaya qəbulun şəffaflıq şəraitində keçiriləcəyinin qeyd edib. Onun sözlərinə görə, doktoranturaya qəbulun günləri yaxın vaxtlarda AMEA Rəyasət Heyətinin iclasında dəqiqləşdiriləcək. Xatırladaq ki, doktoranturaya qəbul sentyabrın 1-də başlayıb və 30-da başa çatacaq. İmtahanlar isə oktyabrda başlayacaq.
URL / WWW
http://kelam.az/article/a-4680.html