Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda Küveyt Mədəniyyət Günləri öz işinə başlayıb
15.12.09 20:44

Bu gündən etibarən “Bakı İslam Mədəniyyəti Paytaxtı-2009” tədbirləri çərçivəsində Azərbaycanda Küveyt Mədəniyyət Günləri öz işinə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətindən veriblər. Mədəniyyət Günləri ilə əlaqədar dekabrın 17-də saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyinin Bədii Sərgi Salonunda Küveyt sənət sərgisinin açılışı olacaq. Həmin gün saat 19.00-da isə Dövlət Filarmoniyasında Küveyt Mədəniyyət Günlərinin açılış mərasimi və konsert nümayiş etdiriləcək. Mədəniyyət günlərində iştirak edən Küveyt Folklor Ansamblı dekabrın 18-də Heydər Əliyev Sarayında “Bakı-İslam Mədəniyyəti paytaxtı- 2009” ilinin bağlanış konsertində çıxış edəcək. Qeyd edək ki, Küveyt incəsənət ustalarının dekabrın 16-da Xırdalan şəhərində, 19-da isə Suraxanı rayonunda çıxışları planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-468.html