Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov: “Regionda müsəlmanlar arasında nifaq toxumu səpilir”
30.09.11 02:38

Bu gün Qafqazda yaşayan xalqlar dini problemlərlə yanaşı, regiondakı münaqişələrin həlli, eləcə də terrorizm ideologiyasının qarşısının alınması istiqamətində səylərini gücləndirməli, təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O, təəssüflə bildirib ki, Qafqazda Ermənistanın qonşusu Azərbaycana təcavüzkarlıq siyasətinin davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcədə tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır. “Azərbaycanda mövcud dinlər, eləcədə islam məzhəb və təriqətləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək dini zəmində hər hansı münaqişə baş verməyib.Bu gün Azərbaycanda müxtəlif dinlərin, məzhəb və təriqətlərin mənsubları qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir” - deyə H.Orucov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycandakı dini konfessiyalar bütün zərərli meyillərə, eləcə də ekstremizm ideologiyasına qarşı çıxış edir və birgə fəaliyyət göstərirlər. “Bu gün regionda müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir. İslam dininin həmrəylik və humanizm ideologiyasına kölgə salınır. Təəssüf ki, bəzən bu cür hallar islam dünyasının daxilində gedən proseslərdən, müsəlmanların özlərindən qaynaqlanır. Belə vəziyyətdə dövlət və din münasibətlərinin tənzimlənməsi, dinlərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması daha böyük həssaslıq tələb edir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4677.html