Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Ermənilər dünyanın qlobal inkişafından geridə qalır”
29.09.11 19:38

“Bu gün Cənubi Qafqaz dünyanın ən zəngin etnik və dini tolerantlıq mənbəyidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. “Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərdən biridir” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir. “Onların ən bariz nümunələrindən olan Ermənistanın bizə qarşı etnik separatizmi bu gün də davam edir. Erməni təcavüzü nəticəsində minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb və soyqırımına məruz qalıb. Ermənistanın bu təcavüzkarlığı nəticəsində erməni xalqının özü də dünyanın qlobal inkişafından geridə qalır” - deyə o, əlavə edib. Hacı Allahşükür Paşazadə: Etnik və dini ekstremizm Qafqaz üçün bir bəladır “Qafqazın gələcəyi üçün yeganə xoşbəxt yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, ərazi bütövlüyünün qorunub saxlanmasından keçir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, Qafqazda əmin-amanlıq, rifah hər bir qafqazlı üçün çox vacibdir. “Müstəqillik illərində Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri ölkədə dini, mənəvi dəyərlərin sabitliyidir” - deyə şeyxülislam vurğulayıb. O bildirib ki, bu gün etnik və dini ekstremizm Qafqaz üçün bir bəladır. Müəyyən qüvvələr Qafqazdakı etnik və dini müxtəliflikdən istifadə edib burada separatizmi yaymaq istəyirlər. “Amma hər bir qafqazlı öz dini etiqadına sadiq qalaraq bu cür çağırışlardan uzaq olmalıdır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4676.html