Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yaqub Mahmudov: “Ermənilər Dədə Qorqudun qəbrini partlatmaq istəyirlər”
30.09.11 02:38

“Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması barədə Övliya Çələbi, Adam Oliyarinin əsərlərində məlumatlar var. İlk mənbə olan bu tarixi faktda hətta şəkil materialları da var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib. Dədə Qorqudun qəbrinin olduğu dağın partladılacağı barədə yayılan məlumatlara münasibət bildirən Y.Mahmudov təsdiq edib ki, belə məlumatlar var: “Dədə Qorqud Azərbaycan və bütün türk xalqları üçün müqəddəsdir. İş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar. Ermənilər Dədə Qorqudun Dərbənddəki qəbrini partlatmaq istəyirlər. Dədə Qorqudla bağlı araşdırmaları daha da genişləndirmək üçün AMEA Tarix İnstitutu Dərbənddəki konfranslara çoxlu alim göndərir. Sözün əsl mənasında orada elmi döyüşlərə çıxırıq və öz sözümüzü deməyə başlamışıq. Biz orada öz mövqeyimizi möhkəmləndirmişik. Çalışırıq ki, azərbaycançılığı orada daha da gücləndirək”. Y.Mahmudov xatırladıb ki, vaxtilə Dağıstan xalqlarını sürgündən Əziz Əliyev kimi böyük dövlət xadimi xilas edib: “Bu gün Əziz Əliyevin, Heydər Əliyevin övladı olduğu xalq yaşayır. Odur ki, Dədə Qorqudun qəbrinə hücum eləyənlərə biz hücum edəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-4675.html