Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həcc ziyarətinin marşrutu dəyişdirilib
30.09.11 00:36

Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. “KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran – İraq – Səudiyyə Ərəbistanı marşrutu ilə yollanacaq. Sabir Həsənli qeyd edib ki, Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər. “Hər il olduğu kimi bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. 1300 nəfərə da 40-41 avtobusla yola düşəcək”–deyə S.Həsənli bildirib. O qeyd edib ki, marşrutdan başqa digər qaydalara dəyişiklik olunmayacaq.
URL / WWW
http://kelam.az/article/a-4674.html