Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mahmud Kərimov: Metsamor AES bölgə üçün təhlükədir və bu bizi narahat edir
29.09.11 19:36

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bölgə üçün təhlükədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. Akademik deyib ki, Metsamor AES heç bir Avropa standartlarına uyğun gəlməyən, fəaliyyəti tükənmiş bir stansiyadır. Onun sözlərinə görə, Avropa İttifaqı bu stansiyanın bağlanmasını dəfələrlə tələb edib. “Ancaq buna baxmayaraq Ermənistan bu stansiyanı işlədir, hətta yeni reaktorun qurulması haqqında da qərar qəbul ediblər. Bu stansiyada hansısa qeyri-standart bir vəziyyət alınarsa, nə isə bir hadisə baş versə, onun qarşısını almaq çətin olacaq. Bu məsələ bizi narahat edir”. M.Kərimov həmin stansiyada müstəqil komissiyalar tərəfindən dəfələrlə yoxlama aparıldığını qeyd edib və bildirib ki, bunun nəticəsi qonşu ölkələrə, o cümlədən Azərbaycana təqdim olunmayıb: “Bununla bağlı şəffaflıq təmin edilmir. MAQATE-dən tələb etmişik ki, bu məsələ ilə bağlı şəffaflıq artırılmalı, yoxlamaların nəticələri açıqlanmalıdır. Azərbaycan, Türkiyə və Gürcüstan bu məlumatları bilməlidir”. M.Kərimov onu da tələb edib ki, yoxlamalarda region ölkələrinin də mütəxəssisləri iştirak etməlidir.
URL / WWW
http://kelam.az/article/a-4672.html