Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumu keçiriləcək
29.09.11 19:36

Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Akademiyanın mətbuat xidmətindən məlumat verilib. Bu varədə qərar 25-28 sentyabr günlərində ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Forumunda qəbul edilib. Forumda xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev də iştirak edib. Görüşün sonuncu günü Hafiz Paşayev ADA-nın inkişaf yolunu və əldə edilən uğurları iştirakçıların nəzərinə çatdıraraq gələn il Akademiyanın tikilməkdə olan müasir təhsil kompleksinin hazır olacağını bildirib. O, 2012-ci ilin Forumunu Azərbaycanda keçirilməsini təklif edib. H.Paşayevin fikrincə, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın nümunəsində beynəlxalq ictimaiyyətə daha qabarıq şəkildə çatdırıla bilər. Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorları növbəti illik Forumun Bakı şəhərində keçirilməsinə yekdilliklə dəstək veriblər. Xatırladaq ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. Azərbaycan Diplomatik Akademiyası yarandığı 2006-cı ildən bu foruma qatılır.
URL / WWW
http://kelam.az/article/a-4671.html